“Türkiyə ilə İran arasında ən mühüm ixtilaf Qafqaz və Qarabağla bağlıdır”.
Tacxeber.com Eghtesad News-a istinadla xəbər verir ki, bunu İran məsələləri üzrə ekspert Arif Keşkin deyib.
İran nəşri prezident İbrahim Rəisinin Türkiyəyə səfərinin ləğvi mövzusunu araşdırıb.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanından qayıdarkən Türkiyə prezidenti vəzifədaşını Ankaraya dəvət edib. Amma bu səfər qəfil ləğv olunub.
TELE 1 saytı İbrahim Rəisinin baş tutmayan səfəri ilə bağlı adının çəkilməsini istəməyən bir türk rəsmisinin rəyini öyrənib. Lakin o, səfərin ləğvinin səbəbini açıqlamayıb. Hətta bu məmur bu səfərin tamamilə ləğv edildiyini və ya sadəcə gecikdiyini açıqlamayıb.
Yeri gəlmişkən, İranın Türkiyənin Qəzza müharibəsindəki mövqeyinə dair narazılıq pıçıltıları eşidilir. TELE 1-nin fikrincə, səfərin ləğvi Türkiyə ilə İsrail arasında əlaqələrin davam etməsi ilə bağlıdır.
“Əl-Şərq əl-Avsat” nəşri də bu rəyi bölüşür: “Qəzzadakı müharibənin Ankara ilə Tehran arasında qarşıdurmanı üzə çıxarıb”.
“İslami Analiz” saytı isə yazıb ki, İ. Rəisinin səfərinin ləğv edilməsinin Türkiyə ilə İsrail arasındakı ticari və iqtisadi əlaqələrə heç bir aidiyyatı yoxdur. “İran Azərbaycan və Türkiyəni Ermənistan vasitəsilə birləşdirəcək dəhlizdən narahatdır.
İran məsələləri üzrə ekspert Arif Keşkin deyib: “Türkiyə ilə İran arasında ən mühüm ixtilaf Qafqaz və Qarabağla bağlıdır. Amma Qəzza münaqişəsinə görə hələlik bu prioritet məsələ deyil”.