• 24 Noyabr 2024 03:59

Cəbhədə durum rus ordusunun lehinə dəyişdi – Tarix verdilər

Rusiya ordusu çətin hava şəraitinə baxmayaraq, hücumu gücləndirir, prezident seçkiləri öncəsi təşəbbüsü ələ keçirməyə çalışır. Rusiya Silahlı Qüvvələri bu məqsədlə mövqelərini möhkəmləndirir.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rusiya qüvvələri 2024-cü ilin martında keçiriləcək prezident seçkilərinə qədər təşəbbüsü ələ keçirmək və saxlamaq cəhdi ilə ən çətin hava şəraitində belə cəbhənin bir çox bölgələrində hücum əməliyyatlarına başlayıb. Rus qoşunları cəbhə xəttinin əksər hissəsində – Xarkov və Luqansk vilayətlərinin sərhədi boyunca, Baxmut yaxınlığında və Avdiv istiqamətində, eləcə də Zaporoje vilayətinin qərbində davamlı quru hücumları keçirir.

 

Ukraynanın rəsmi açıqlamaları da göstərir ki, Rusiya qüvvələri Xarkov və Luqansk vilayətləri sərhədində, Baxmut yaxınlığında və Avdiv-Donetsk istiqamətində təşəbbüsü ələ keçirə bilib.

Eyni zamanda, amerikalı təhlilçilər qeyd ediblər ki, rusların şaxtanın başlamasını gözləmədən noyabrın əvvəlindən ortalarına kimi təşəbbüsü ələ keçirməyə və aktiv hücum əməliyyatları keçirməyə başlaması onların təzyiq altında olduğunu göstərir.

Təhlildə vurğulanıb ki, Rusiyanın hazırkı səylərinin yaxın gələcəkdə əməliyyat baxımından ciddi uğurlar əldə edə bilməsi üçün şərait yaradıb-yaratmayacağını hələlik söyləmək çətindir.

ABŞ institutu onu da bildirib ki, Rusiya qoşunları daha genişmiqyaslı qış əməliyyatlarına hazırlaşmaq üçün əlavə ehtiyatlar toplamır:

“Ukrayna, əksinə, çətin hava şəraitindən və Rusiyanın davam edən hücumlarından istifadə edərək, əks-hücum əməliyyatları keçirilməyən bölgələrdə müdafiə mövqeləri yaratmaq və gücləndirmək, beləliklə, gələcək hücumlar üçün canlı qüvvə və resursları qorumaq üçün istifadə edir”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər