• 24 Noyabr 2024 09:25

Hipertoniya xəstəliyinin gözlənilməz səbəbi

 

Qərbi Virciniya Universitetinin alimləri sübut ediblər ki, evlilik qan təzyiqini artıra bilər ki, bu da hipertoniya (qan təzyiqinin yuxarı olması) riskini artırır.

BAKU.WS-in xəbərinə görə, tədqiqatın nəticələri “Journal of the American Heart Association” jurnalında dərc olunub.

Bildirilir ki, bu xəstəlik də öz növbəsində insult riskini artırır.

Tədqiqatçılar Böyük Britaniyadan 1086, ABŞ-dan 3989, Çindən 6514 və Hindistandan 22389 ailədə qan təzyiqinin səviyyəsini təhlil ediblər. Evli olan insanlar yüksək qan təzyiqi riskinin 9% daha yüksək olduğunu müəyyən edilib.

“Həyat yoldaşınızda hipertoniya varsa, sizin də eyni xəstəliyə tutulma ehtimalınız yüksəkdir.Daha aktiv olmaq, stressi azaltmaq və ya daha sağlam qidalanma kimi həyat tərzi dəyişiklikləri qan təzyiqinizi aşağı sala bilər.Ancaq həyat tərzinizi təkbaşına dəyişmək çətindir, ona görə də ər-arvadın sağlam həyat tərzi sürməsi vacibdir”, – deyə müəlliflər qeyd ediblər.

Həmçinin, hipertoniya, həmçinin böyrək çatışmazlığı, görmə itkisi, koqnitiv pozğunluq, demensiya və cinsi disfunksiya kimi bütün bədəndə problemlər yarada bilər

Tacxeber.com

Oxşar xəbərlər