• 22 Sentyabr 2024 07:30

Ramil Şeydayevə ağır cəza verildi.

Tailandın “Buriram Yunayted” klubunun futbolçusu Ramil Şeydayev cəzalandırılıb.

Asiya Futbol Konfederasiyasının qərarı ilə o, 8 oyun diskvalifikasiya olunub.

Buna Şeydayevin Asiya Çempionlar Liqasının qrup mərhələsində Çinin “Çyoçyan” komandası ilə görüşdən sonra kütləvi davada iştirakı səbəb olub. Onunla yanaşı, “Buriram Yunayted”in daha 2 oyunçusu cəzaya məruz qalıb.

 

Hər 3 futbolçu dekabrın 12-də Asiya Çempionlar Liqasında Yaponiyanın “Kofu” komandası ilə görüşdə meydanda ola bilməyəcək.

Tacxeber.com

Oxşar xəbərlər