Müğənni Türkan Vəlizadə bir neçə gün əvvəl içdiyi dərmandan şoka düşdüyünü açıqlayıb.
Tacxeber.com Axşam-a istinadla xəbər verir ki, sənətçi bu haqda “Tarixin bir günü” proqramında danışıb.
O bildirib ki, xəstəxanada vurulan antibiotik onu şoka salıb:
“Antibiotikdən şoka düşmüşdüm. 4 saat məni ayılda bilmədilər. Mənə olmaz, bunu həkimə deməmişdim. 2018-ci ildə qəza keçirəndə mənə çoxlu antibiotik vurdular. Artıq bədənim onu götürmür. Mənim güclü başağrılarım var. Elə güclü olur ki, huşumu itirirəm”.