Zambiyada “Sibir xorası” yayılır – ÜST-dən xəbərdarlıq Dünya Sağlamlıq 11 Dekabr 2023 20:49 154 ÜST daha bir xəstəliklə əlaqədar həyəcan təbili çalır. “Medicina” xəbər verir ki, Zambiyada 684 sibir xorası-qarayaraya yoluxma qeydə alınıb. ÜST bu ölkə və ətraf bölgələrdə riski olduqca yüksək qiymətləndirib. Xəstələrdən 5-i ölüb. Bu ölkədə əvvəlki illərdə belə alovlanma 2011-ci ildə olmuşdu. “İndi əyalətlər arası yayılma çox genişdir. İnsanlar və heyvanlar ölkə daxilində olduqca kəskin yerdəyişmə edir. Əgər yayılma artarsa, qonşu ölkələr Konqo, Anqola, Malavi, Namibiya, Uqanda təhlükə altındadır. Xəstəlik bu il iyunda qeydə alınıb və ilin sonuna artıq 600 xəstə var. Qarayara dünyada ən təhlükəli infeksiyalardandır. Heyvanlardan insana keçir. Tacxeber.com