Varlı ruslar Ukraynadakı müharibə fonunda tonlarla qızıl külçələr alır.
Risiya KİV-ləri xəbər verir ki, ilin əvvəlindən VTB müştəriləri təxminən 23 ton, “Promsvyazbank” isə 7 ton bar alıb.
“Sberbank” satılan investisiya qızılının dəqiq həcmini açıqlamayıb, lakin ona olan tələbatın 2022-ci ilin ortaları səviyyəsində qaldığını qeyd edib.
VTB-də bir əməliyyatın orta “çəkisi” üçdə bir artaraq 17,7 kq-a çatıb. “Qazprombank” da son bir neçə ayda qızıl əməliyyatlarının həcmində artım qeydə alıb.
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə ruslar 75 tondan çox qızıl külçə alıblar ki, bu da 2021-ci ilin göstəricisindən 15 dəfə çoxdur. Tələbin kəskin artmasına 2022-ci il martın 1-dən fiziki şəxslər tərəfindən qızıl külçələrinin alınmasına 20% ƏDV-nin ləğvi kömək edib. (Konkret)