• 22 Sentyabr 2024 20:26

ABŞ-dan bütün rəqiblərini şoka salan 96 milyardlıq nüvə layihəsi…

ABŞ-dan bütün rəqiblərini şoka salan 96 milyardlıq nüvə layihəsi…

ABŞ soyuq müharibə dönəmindən qalan nüvə arsenalını moderləşdirməyə qərar verib.

Bu haqda ABŞ mediası məlumat yayıb. Məlumata görə Ağ Ev nüvə arsenalını “XXI əsrin riskləri”nə uyğunlaşdırmaq üçün 96 milyard dollarlıq maliyyə vəsaiti ayırmaq niyyətindədir. Layihə ABŞ-ın nüvə arsenalını müasirləşdirməklə yanaşı, bu arsenala xeyli sayda gənc və müasir texniki biliklərə malik şəxsin cəlb edilməsini nəzərdə tutur.

Ekspertlər hesab edir ki, layihə reallaşacağı təqdirdə ABŞ müasir nüvə raketləri və onlardan çevik istifadə baxımından rəqibləri qarşısında əsaslı üstünlüyə malik olacaq. Lakin layihənin böyük maliyyə vəsaiti tələb etməsi ilə yanaşı, miqyasca böyüklüyü onun bütün nüvə arsenalına eyni anda tətbiqinə çətinlik yaradır. Bu baxımdan layihənin mərhələli şəkildə tətbiqi nəzərdə tutulub. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər