Fələstin-İsrail münaqişəsi nəticəsində Qəzza zolağında 86 jurnalist həlak olub.
Tacxeber.com xəbər verir ki, bu barədə Fələstin anklavı hökumətinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, ölənlərin üçü qadındır.
Ötən həftə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Yaxın Şərqdə yeni gərginliyin başlamasından bəri Qəzza zolağında 63 media işçisinin öldüyünü təsdiqləyib./Report