ABŞ-ın Ohayo ştatından olan 26 yaşlı Şina (Sheena) Holland-Dolan ailə sirrini açıb. Qız bütün həyatı boyu qardaşının olmadığını düşünürdü, amma həqiqət fərqli olub.
Şinanın 20 yaşı tamam olanda anası və atası uzun müddət uşaq sahibi ola bilmədiklərinə görə sperma donorunun xidmətindən istifadə etməyə məcbur olduqlarını deyiblər.
İndi 26 yaşlı Şina hər dəfə yeni bacı-qardaşları ilə tanış olanda onlarda oxşar xüsusiyyətlər axtarır.
Prosedurun aparıldığı klinikanın işçiləri valideynlərə gələcəkdə qızlarına bioloji atası haqqında danışmamağı xahiş etsələr də, cütlük səssiz qala bilməyib.
Holland-Dolan keçirdiyi hissləri xatırlayır:
“Bunun şok olduğunu deyə də bilərəm, deməyə də. Sadəcə, məəttəl qaldım, həm də çox sevindim”.
Qız genetik qohumlarının olub-olmadığını öyrənmək istəyib və məlumat üçün ixtisaslaşmış 23andme saytına müraciət edib. Orada Şina eyni donordan hamilə qalan 47-ci uşaq olduğunu öyrənib.
“İndi artıq 78 nəfərik və mən əminəm ki, hələ də tapılmayan çoxları var”.
O əlavə edib ki, hər dəfə yeni qardaş və ya bacı ilə tanış olanda eyni oxşar xüsusiyyətləri diqqətini çəkir: yanaqdakı qəmzələr və ya eyni yumor hissi.
Şina qardaş və bacılarını tapdığına görə ürəkdən sevinir. Onlar tez-tez görüşür və birlikdə vaxt keçirirlər. Bununla belə, o hesab edir ki, donorluq mövzusu diqqətlə gizli saxlanılmalıdır.
“Bu, məni bir az narahat edir. Əgər donor vasitəsilə doğulan övladlarınız varsa, onlar potensial partnyor, sevgili, həyat yoldaşı seçərkən çox diqqətli olmalı olacaqlar. Kim bilir, mənim daha neçə qan qohumum var. Hələ ki, onlar haqqında heç nə məlum deyil”. (Sfera)