Real TV-nin sahibi olan iş adamına məxsus şirkət bağlanır
“Nyu Sfera-İnşaat” MMC (VÖEN – 1600378881) ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev məhəllə 2382, mənzil 22 ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, 2005-ci ildə dövlət qeydiyyatına alınan “Nyu Sfera-İnşaat” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Heydərov Araz Niqamət oğludur.
Qeyd edək ki, “Nyu Sfera-İnşaat” MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 2382 ünvanında qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunub.
“Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə Azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.