• 24 Noyabr 2024 01:19

Əsirlər qayıtdı, onlar evlərinə, yoxsa öz hərbi hissəsinə göndəriləcək? – Ekspertdən açıqlama

Əsirlər qayıtdı, onlar evlərinə, yoxsa öz hərbi hissəsinə göndəriləcək? -  Ekspertdən açıqlama

“Onların Azərbaycana qaytarılmasından sonra, təbii ki, ölkənin aidiyyəti strukturları, ilk növbədə, əsirlərimizin hansı şəraitdə Ermənistan ərazisinə keçməsi ilə bağlı genişmiqyaslı araşdırmalar aparacaq”.

Bunu Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bu gün Azərbaycan-Ermənistan sərhədində (Qazax-İcevan) 2 azərbaycanlı hərbi əsir və 32 erməni məhbusun mübadiləsini şərh edib.

Xatırladaq ki, Hüseyn Axundov və Aqşin Bəbirov bu ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçiblər.

Onların Azərbaycana qaytarılmasından sonra hərbi xidmətə davam edib-etməyəcəyi ilə bağlı fərqli ehtimallar var.

Ə. Verdiyev bununla bağlı bildirib: “Əsirlərimizin Azərbaycana qaytarılmasından sonra, təbii ki, ölkənin aidiyyəti strukturları, ilk növbədə, onların hansı şəraitdə Ermənistana keçməsi ilə bağlı genişmiqyaslı araşdırmalar aparacaq. Araşdırmaların nəticəsinə əsasən Hüseyn Axundov və Aqşin Bəbirovun hərbi xidməti ilə bağlı qərar veriləcək.

Böyük ehtimalla, onların hərbi xidmət müddəti başa çatmadığı üçün hərbi hərbçilərin yenidən ordu sıralarına qaytarılması gözləniləndir”.

Tacxeber.com

Oxşar xəbərlər