“WhatsApp” mesenceri istifadəçilərə mesajları çatın yuxarı hissəsinə yapışdırmağa imkan verəcək yeni funksiya təqdim edib.
Yeniləmə artıq bütün istifadəçilər tərəfindən yüklənə bilər.
Bunun üçün mesaj, şəkil, sorğu və ya video olmasından asılı olmayaraq istənilən ismarışı bir müddət basılı saxlamaq lazımdır, bundan sonra “Sancmaq” funksiyası görünəcək.
Mesajları 30 günə qədər sancaqlamaq mümkün olacaq, lakin onları yeddi gün, hətta bir gün ərzində bağlamaq da olar.
Qrup adminləri bərkidilmiş mesajı yalnız digər adminlər üçün görünən edə bilərlər.
“WhatsApp” tərtibatçılarının fikrincə, yeni funksiya söhbətin əsas mövzusundan kənara çıxmadan vacib məlumatları vurğulamağa kömək edəcək. /Oxu.az