• 24 Noyabr 2024 06:48

Türkiyə polisinin saxladığı iş adamı azərbaycanlıdır? – Foto

Türkiyə polisi iş adamı Dionis Şahollini dələduzluqda ittiham edərək həbs edib.

Türkiyə mediasında yayılan xəbərlərə əsasən dələduzluq ittihamı ilə həbs edilən iş adamı ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Belə ki, pasportunda alban vətəndaşı olduğu qeyd edilən Dionis Şahollinin Rusiya vətəndaşı kimi Həmzət İsmayılov adını daşıdığı müəyyən edilib.

Amma daha bir iddia da varki, bu da əslində onun Azərbaycandan olan iş adamı Azad İsayev ola biləcəyidir. Azad İsayev isə İnterpol vasitəsilə axtarışa verilən şəxslər sırasındadır.

İstanbulun Bakırköy və Küçükçəkməcə rayonlarında iki dələduzluq şikayəti daxil olduqdan sonra Türkiyə prokurorları ona qarşı istintaqa başlayıb. İttihamlar İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan iş adamı Dionis Şaholliyə qarşı irəli sürülüb. İki ayrı məhkəmədə aparılan istintaq zamanı iş adamı ilə bağlı maraqlı iddialar ortaya çıxıb. Pasportda iş adamı Albaniya vətəndaşlığını göstərsə də, araşdırma zamanı onun rus vətəndaşlığı da üzə çıxıb.

O, şəxsiyyətinin saxta olub-olmadığını araşdırarkən adının Həmzət İsmayılov olduğunu və Rusiya vətəndaşı olduğunu bildirib. İş adamı dindirmə zamanı ona qarşı irəli sürülən dələduzluq ittihamlarını rədd edib.

Bakırköy məhkəməsi da onun barəsində həbs qərarı çıxarıb və evində aparılan axtarış zamanı Rusiya tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi aşkar edilib.

Prokurorluqdakı dindirmə və məhkəmədəki proses zamanı Şaholli ilə bağlı daha bir maraqlı fakt aşkar olunub. Onun əslində Azərbaycan tərəfindən dələduzluğa görə qırmızı bülletenlə axtarışa verilən iş adamı Azad İsayev olduğu iddia edilib. İş adamı prokurorluqda və məhkəmədə bu ittihamları rədd edib.

Onun şəxsiyyətini müəyyən etmək və azərbaycanlı iş adamı Azad İsayev olub-olmadığını sübut etmək üçün Dionis Şahollinin barmaq izləri götürülüb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər