“Britaniyanın məxfi kəşfiyyat rəhbəri Rusiyaya qarşı casusluq etməyə çağırış edib” – “Associated Press”
“Britaniyanın qapıları bizimlə əməkdaşlıq etmək istəyən rusiyalıların üzünə həmişə açıqdır…”
“Biz heç vaxt Rusiya dövlət televiziyasının bizim köməyimizə gələcəyini düşünməmişik…”
Britaniya kəşfiyyatının direktoru Rusiya telekanalına əməkdaşlığa cəlbetmə addımına görə səmimi minnətdarlıq edib
Britaniyanın “MI-6” kimi tanınan məxfi kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur Rusiyanın dövlət telekanalını onun hakimiyyətdən narazı olan rusiyalılara Britaniya kəşfiyyatçıları ilə əməkdaşlıq etməyə çağırış edən nitqinin yayımına görə minnətdarlıq edib.
Bu barədə “Associated Press” beynəlxalq informasiya agentliyi məlumat yayıb.