• 20 Sentyabr 2024 15:31

Pekin metrosunda qəza: yaralılar var

Çinin paytaxtı Pekində metroda qatar vaqonlarının ayrılması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Bu barədə nəqliyyat komitəsi məlumat yayıb.

Bildirilib ki, xilasedicilər və həkimlər hadisə yerinə gəliblər. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri aydınlaşdırılır.

Tacxeber.com

Oxşar xəbərlər