• 22 Sentyabr 2024 18:39

Aİ Bosniya və Herseqovinanın birliyə üzv olmasına icazə vermədi. Səbəb ……

Avropa İttifaqının liderləri Brüsseldə keçirilən sammitdə Bosniya və Herseqovinanın Aİ-yə daxil olması üçün danışıqların başlanması ilə bağlı razılığa gəlməyiblər.

Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib:

“Aİ Bosniya və Herseqovina ilə üzvlük kriteriyalarına uyğunluq dərəcəsi əldə edildikdən sonra danışıqlara başlayacaq. Avropa Şurası qərar qəbul etmək üçün Avropa Komissiyasına 2024-cü ilin mart ayına qədər hesabat təqdim etməyi tapşırıb”, – Mişel X şəbəkəsində bildirib.

Bosniya və Herseqovina bir il əvvəl, 2022-ci il dekabrın 15-də Aİ üzvlüyünə namizəd statusu alıb. Lakin, Bosniya və Herseqovinada keçirilən prezident seçkilərində qalib gələn Milorad Dodik Rusiya ilə əməkdaşlıq etmək niyyətində olduğunu və Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmaq istəmədiyini bəyan edib. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər