• 22 Sentyabr 2024 18:32

Konqresi Putinə Milad hədiyyəsi etdi: Bayden çarəsizdir

ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin Ukraynaya hərbi yardımı təsdiqləməməsini Rusiya prezidenti Vladimir Putin üçün Milad hədiyyəsi adlandırıb.

Publika.az xəbər verir ki, “New Yorker” jurnalisti Syuzan Qlasser bu qərartın Kiyevdəki amerikalı siyasətçilər üçün təhlükəsi haqqında yazıb.

Materialın müəllifi Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə verdiyi açıqlamalardan birini xatırladıb. ABŞ lideri bildirib ki, Konqres tətilə gedərsə və Kiyevə yardımı təsdiqləməsə, Putinə böyük Milad hədiyyəsi verəcək.

“Həm ABŞ prezidenti, həm də onun ukraynalı həmkarı Konqresin hərəkətsizliyinin təhlükələri barədə xəbərdarlıq edərək, əslində bunun qarşısını almaq üçün çox az şey edə bildiklərini etiraf etdilər”, – jurnalist qeyd edib.

Qlasser Baydenin Ukraynaya yardımla bağlı sözlərinə də diqqət çəkib. Əvvəllər Amerika lideri Kiyevi lazım olan dərəcədə dəstəkləməkdən danışırdı. İndi isə prezident bildirib ki, ölkə Ukraynaya bacardığı qədər kömək edəcək.

Qeyd edək ki, Bayden və Zelenski arasında görüş dekabrın 12-də baş tutub. Ölkə liderləri arasında ABŞ-dan Ukraynaya hərbi yardımın ayrılması ilə bağlı danışıqlar heç də ürəkaçan olmayıb. Dekabrın əvvəlində ABŞ Konqresinin nümayəndələri Ukraynaya əlavə dəstək verilməsinə qarşı çıxıblar. Ağ Evin İdarəetmə və Büdcə Ofisinin rəhbəri Şalanda Yanq Vaşinqtonun Kiyevə kömək etmək üçün resurslarının tükəndiyini ehtimal edib.

Tacxeber.com

Oxşar xəbərlər