• 22 Sentyabr 2024 18:24

Azərbaycanda jurnalistlərin saxlanılmasına – ABŞ-dən reaksiya

“Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı son tendensiya dərin narahatlıq doğurur”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib.

“Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, – M. Miller bildirib.

O bildirib ki, ABŞ bu məsələni dəfələrlə Azərbaycan hökuməti ilə müzakirə edib.

Qeyd edək ki, Azərbaycanda son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb və o, noyabrın 20-dən etibarən Azərbaycanda saxlanılan 7-ci KİV nümayəndəsi olub. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər