Tarix boyu türklər müxtəlif əlifbaları mənimsəyərək müxtəlif dillərdə əsərlər yaradıblar. Bu uzun və zəngin yazılı mədəniyyət türk xalqının dil və mədəni irsinin müxtəlifliyini əks etdirir. Türklərin istifadə etdiyi əlifbalar arasında ilk yeri Göktürk əlifbası tutur. Bəs, türklərin tarix boyu istifadə etdiyi əlifbalar hansılardır? Tacxeber.com BiG.AZ -a istinadən türklərin tarix boyu istifadə etdiyi əlifbaların siyahısını təqdim edir:
Göytürk əlifbası tarixdə türklərin istifadə etdiyi ilk əlifbadır. 38 hərfdən ibarətdir və bu hərflərin əksəriyyəti samitdir. Hərflər sağdan sola yazılır və sözlər onların arasına iki nöqtə qoyularaq ayrılır. Bu əlifba ilə yazılmış ən qədim yazı Orxon Yazılarıdır.
Uyğur türklərinin istifadə etdiyi əlifbalardandır və 18 hərfdən ibarətdir. Qədim Soğd yazısından götürülüb. Yazı mədəniyyətinin inkişafını məhdudlaşdıran bəzi amilləri ehtiva edir.
Türklər İslam dinini qəbul etdikdən sonra geniş yayılmış əlifba ərəb əlifbasıdır. Bu əlifba növü türkcənin səs xüsusiyyətlərinə uyğunlaşdırmaq üçün dəyişikliklərə məruz qalıb. 31-36 hərfdən ibarətdir və sağdan sola yazılır.
Kiril əlifbası Sovet İttifaqı dövründə məcburi şəkildə istifadə olunan əlifbadır. Sovet İttifaqının dağılmasından sonra bəzi türk dövlətləri latın əlifbasına keçib. Kiril əlifbası 38 hərfdən ibarətdir və soldan sağa yazılır.
Latın əlibası türk dövlətləri arasında ilk dəfə Azərbaycanda istifadə edilib. Türkiyə 1928-ci il əlifba inqilabı ilə ərəb əlifbasından Latın əlifbasına keçdi. 29 hərfdən ibarətdir və bu hərflərin əksəriyyəti samitdir.