“Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ildə yeni əks-hücum əməliyyatı hazırlaması istisna deyil”.
“Die Welt” qəzeti xəbər verir ki, bu barədə alman təhlükəsizlik eksperti və siyasi müşavir Niko Lanqe bildirib.
“Ukrayna, yəqin ki, gələn il yeni əks-hücum üçün resurs toplayır”, – ekspert deyib. Ekspertin fikrincə, Xerson bölgəsi başlanğıc nöqtə ola bilər.
Nəşr yazır ki, Ukrayna hakimiyyətinin ABŞ-a təhvil verdiyi silahların siyahısı da Kiyevin planlarından danışır. Burada “Black Hawk” və “Apache” helikopterləri, F-16 və F-18 təyyarələri, müxtəlif raket sistemləri, “Abrams” tankları, pilotsuz uçan aparatlar və döyüş sursatları yer alır.
“Ümumiyyətlə, bu silahlar ola bilsin ki, yayda Ukraynanın əks-hücumları zamanı heç vaxt həyata keçirilməyən müxtəlif döyüş sistemlərinin kombinasiyasından istifadə etməklə, manevr müharibəsinə keçid üçün yeni cəhddən xəbər verir”, – Lanqe deyib.