• 20 Sentyabr 2024 12:50

Müsavat və AXCP prezident seçkilərində iştirakdan imtina etdi.

“Çağırışlar cavabsız qalıb. Seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib”

Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.

Müsavat Partiyası dekabrın 15-də Divanının iclasında, AXCP isə dekabrın 16-da partiya qurultayında bu barədə qərar qəbul ediblər.

Hər iki partiyanın seçkilərdən imtina ilə bağlı qərarına səbəb kimi ölkədə demokratik mühitin olmaması göstərilir:

“Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyini təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib.

Hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib” – Müsavat Partiyasının qərarında qeyd olunur.

Dekabrın 13-də AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat Partiyasının mərkəzi qərargahında görüşüb, müzakirələr aparmışdı.

Dekabrın 7-də ölkə başçısı İlham Əliyev 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsilə bağlı sərəncam imzalayıb. Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini rəsmən elan edib. (Abzas Media)

Tacxeber.com

Oxşar xəbərlər