• 24 Noyabr 2024 14:37

“Qəzzaya yardım çatdırmaq mümkün deyil” – BMT

 

“Qəzzaya yardım çatdırmaq mümkün deyil”.

Tacxeber.com xəbər verir ki, bu barədə  Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma bildirib.

Touma vurğulayıb ki, UNRWA-nın Qəzzada 1050 sığınacağı var və yeniləri açılıb, lakin onlar həddən artıq doludur.

Dünənki yağışdan sonra sığınacaqların palçıqla örtüldüyünə diqqət çəkən Touma, UNRWA-nın yalnız Rəfah sərhədi yaxınlığında fəaliyyət göstərə bildiyini qeyd edib.

“Məhdudiyyətlərə görə, ən çox ehtiyacı olanlara çata bilmirik və missiyamızı yerinə yetirə bilmirik”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər