Məhkəmə “tiktokçu” Ləman Vəliyeva haqda qərar verdi – YENİLƏNİB
Xəbər verdiyimiz kimi, sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, araşdırma nəticəsində toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1000 (min) manat cərimə edilib və sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyi AZXEBER.COM-a faktı təsdiqləyib.