Çikaqo Universitetinin araşdırmasında qırmızı ət və süddə toplanmış trans-vaksenik turşusunun xərçəngin müalicəsinə müsbət təsir etdiyi müəyyən olunub.
Sözügedən məhsulların qida rasionuna daxil edilməsinin faydalı olduğu, digər infeksiyalara qarşı immuniteti möhkəmləndirdiyi bildirilir.
Belə ki, mal-qara və qoyun kimi heyvanların ətində, süd məhsullarında trans-vaksenik turşusu müəyyən edilib. Məlum olub ki, həmin turşu (TVA) CD8+ T hüceyrələrinin şişlərə sızmaq və xərçəng hüceyrələrini öldürmək qabiliyyətini gücləndirir. Araşdırmadan əldə edilən məlumat təcrübə siçanları üzərində sınaqdan keçirilib və müsbət nəticə verib.
Türkiyəli professor-həkim Ahmet Rasim Küçükusta da qırmızı ətdən hazırlanan xaşın zərərli olmadığını, xərçəng xəstəliyinin qarşısını aldığını bildirib. (Publika)