Rusiyanın Rostov vilayətindəki Morozovskoe hərbi aerodroma kütləvi PUA hücumu olub.
Tacxeber.com xəbər verir ki, bu barədə Rostov vilayətinin quberanatoru Vasili Qolubev məlumat yayıb.
Onun sözlərinə görə, PUA-ların əksəriyyəti hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulub:
“Bu gün səhər hava hücumundan müdafiə sistemləri Rostov vilayətinin Morozovskoe və Kamenskaya rayonlarına edilən kütləvi PUA hücumunun qarşısını alıb. PUA-ların əksəriyyəti məhv edilib. İtkilər yoxdur”.