• 20 Sentyabr 2024 12:53

Həm ucuz, həm də effektiv reklam: “TikTok”da biznesi tanıtmaq üçün uğurlu üsul hansıdır?

Brendli “Hashtag Challenge”

Brendli “hashtag çağırış”larından istifadə etməklə brendinizi daha çox auditoriyaya çıxara bilərsiniz. Brendlərin öz “hashtag”larını yaratdığı bu tendensiya şirkətinizin viral şöhrətini artıra və başqa cür çata bilməyəcəyiniz auditoriya ilə ünsiyyət qurmağınıza imkan verə bilər.

Duetlər

Başqa bir istifadəçinin çəkdiyi videonun yanına öz videonuzu əlavə etməyə imkan verən “duet” xüsusiyyəti məhsullarınızı və markanızı təqdim etməyə kömək edə bilər.

İstifadəçi tərəfindən yaradılan məzmun

İstifadəçi tərəfindən yaradılan məzmun “TikTok” istifadəçiləri tərəfindən istehsal edilən və brendlər tərəfindən paylaşılan məzmun üçün istifadə edilən bir termindir. Bu tendensiyanın ən böyük üstünlüyü məhsullarınızın adi vətəndaşlar tərəfindən tanıtımına imkan verməsi və daha real tanıtım imkanı yaratmasıdır.

İnflunser marketinq

İstifadəçi tərəfindən yaradılan məzmunu da gücləndirən “Influencer marketing”, “TikTok” sayəsində məşhurlaşan insanlarla müqavilələr bağlayıb, onların reklamlarından faydalana biləcəyiniz bir sistemdir.

Canlı yayımlar

“TikTok Live” funksiyası sayəsində 1000-dən çox izləyicisi olan hesablar canlı yayımlaya bilir. Şirkətinizi və məhsulunuzu tanıtmaq üçün bu funksiyadan istifadə edə bilərsiniz.

Uğur hekayələri həmişə trendə düşür

Şirkətlər öz uğur hekayələrini danışdıqları, bugünkü vəziyyətə necə gəldiklərini göstərən “TikTok” videoları ilə auditoriyalarını genişləndirə bilərlər.

Tacxeber.com

Oxşar xəbərlər