• 20 Sentyabr 2024 20:45

İncəsənət ət bazarına dönüb? – FOTO

Azadlıq prospektində yerləşən, adı “İncəsənƏT” olan ət mağazasının fotosu müzakirələrə səbəb olub.

Ət mağazasına bu adın qoyulması heç də birmənalı qarşılanmayıb.

Bir çox sosial şəbəkə istifadəçisi incəsənət sözünün lağa qoyulduğunu iddia edib.

Qeyd edək ki, biznes fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar bazarda və istehlakçılar arasında tanınmaq məqsədilə rəsmi qeydiyyata alınmış adlarından fərqli olan adlardan (biznes adı) istifadə edə bilər.

 

Əksər ölkələr hüquqi, eləcə də fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün qeydiyyat mexanizmini tətbiq edir və həmin mexanizm çərçivəsində biznes adlarının qeydiyyatı tələb edilir. Belə mexanizm adların sistemləşdirilməsi və vahid məlumat bazasının yaradılmasını təmin etməklə yanaşı, sahibkarların fəaliyyətini də asanlaşdırır. Bu həm də dövlət dilinin xarici təsirlərdən müdafiəsinin təşkil edilməsini, eləcə də dövlət dilinin düzgün istifadəsinə nəzarəti, biznes adlarının istifadəsi zamanı xoşagəlməz, təhqiramiz söz və ifadələrin istifadəsinin qarşısının alınmasını təmin etmiş olur. Sözügedən istiqamətdə tədbirlər bir sıra hallarda ümumi qadağanedici prinsiplər, bəzi hallarda isə qadağan edilmiş söz və ifadələrin siyahısının tərtib edilməsi yolu ilə həyata keçirilir.

Bundan əlavə, xidmət, ticarət, istehlak bazarı obyektlərinin və digər oxşar təyinatlı obyektlərin (ticarət obyektəri) adlarının tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qaydalarında ticarət obyektlərinin adlarında müvafiq qaydada hazırlanmış və təsdiq edilmiş Azərbaycan dilinin orfoqrafik lüğət(lər)ində təsdiq edilmiş sözlərdən istifadə olunmalıdır, ümumi qəbul edilmiş humanizm və əxlaq normalarına zidd olan təhqiramiz söz, söz birləşmələri və ifadələrindən istifadə isə qadağandır. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər