• 20 Sentyabr 2024 10:29

Bəhram: “Övladıma da deyirəm ki, Qurban Qurbanova oxşayın”

 

“Qarabağ” “Braqa”ya həm Portuqaliyada, həm də Azərbaycanda yalnız nizam-intizamlı oyunla qalib gələ bilər”.

Tacxeber.com İdman.biz-ə istinadla xəbər verir ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə deyib.

O, İsveçrənin Nyon şəhərində keçirilən Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Bağırzadə bildirib ki, “Qarabağ” Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirsə, hətta hər iki oyunda qalib gələ bilər:

“Lakin nəzərə alaq ki, mən futbol mütəxəssisi deyiləm. Ona görə bu haqda dəqiq nə deyə bilməyəcəm. Mən Qurban Qurbanovun azarkeşiyəm. Onun həyat tərzi, futbol fəlsəfəsi mənə çox yaxındır. Hətta öz övladıma da deyirəm ki, Qurban Qurbanova oxşayın”.

Qeyd edək ki, “Qarabağ”ın “Braqa” ilə ilk görüşü gələn il fevralın 15-də səfərdə, cavab matçı 1 həftə sonra Bakıda olacaq.

Tacxeber.com

Oxşar xəbərlər