Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması üçün lazımi işlərin tamamlanması ilə biz sadələşdirilmiş gömrük xidmətinə keçəcəyik.
Tacxeber.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məqsəd işləri sürətləndirməkdir və bu iki ölkəyə töhfə verəcək: “Bu məqsədlə gömrük xidmətlərinin sadələşdirilməsi önəmlidir. Bu istiqamətdə iki ölkə arasında işlər aparılır”.