Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Günün ilk matçında Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan” I Liqada mübarizə aparan “İrəvan”la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın qollarını 24, 43, 45+4-cü (pen) dəqiqədə Aksel Nqando, 25 və 51-ci dəqiqədə Orxan Əliyev, 73-cü dəqiqədə Miço Kuzmanoviç, 80 və 83-cü dəqiqələrdə Elvis Maşike vurub. “İrəvan”da isə 16-cı dəqiqədə Vüsal Qənbərov və 37-ci dəqiqədə Vüsal Əsgərov adını tabloya yazdırıb.
Lakin…
Daxil olan məlumata görə, AFFA bu qarşılaşmanın nəticəsiylələ bağlı təcili araşdırmaya başlayıb. Buna səbəb UEFA-dan gələn siqnaldır.
Belə ki, Avropa futbol qurumu bu matçla əlaqəli şübhəli məqamların olmasına dair Bakıya serkulyar məktub göndərib.
UEFA-dan tez-təıləsik reaksiyasından anlaşılıb ki, “İravan”ın qol buraxacağına, ümumiyyətlə, oyunda tərəflərin üs-üstə 10 dəfə fərqlənəcəyinə öncədən pul qoyuluşu edilib. (Sportinfo)