• 23 Noyabr 2024 19:49

Qırmızı dənizdə 100-dən çox gəmiyə hücum edilib – Pentaqon

 

Yəmənin husi üsyançıları Qəzza zolağında qarşıdurmanın qızışmağa başladığı oktyabrın 7-dən indiyədək Qırmızı dənizdə gəmilərə 100-dən çox hücum həyata keçirib.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin akvatoriyadakı vəziyyətə dair 43 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən onlayn konfransın yekunlarına dair bəyanatında deyilir.

“Husilər pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edərək 10 ticarət gəmisinə 100-dən çox hücum həyata keçirib, bununla da 35-dən çox ölkəyə qarşı gəliblər”, – sənəddə deyilir.

Pentaqondan, həmçinin bildirilib ki, dünya ticarətinin 10-15 %-ni təşkil edən Qırmızı dənizdən keçən kommersiya gəmiləri marşrutu dəyişmək məcburiyyətindədir, nəticədə çatdırılma müddəti bir neçə həftə artır.

Tacxeber.com

Oxşar xəbərlər