• 22 Sentyabr 2024 08:33

Dünyanın ən güclü pasportlarına sahib ölkələri – ADLAR

Viza məlumatlarıyla bağlı xəbərlər verən “VisaGuide World” adlı internet saytında çıxan sıralamaya görə, İspanya dünyanın ən güclü pasaportuna sahib olan ölkədir.

İspaniya bu siyahıda Sinqapuru geridə qoyaraq ilk sıraya yüksəlib. Ötən il Sinqapur ən güclü pasporta sahib idi.

Siyahıda ümumilikdə 200 ölkə yer alır. Reytinq müəyyən edilən zaman pasport sahiblərinin viza almadan səfər edə biləcəyi ölkələrin sayı əsas götürülür.

Bu göstəricidən başqa ölkələrin böyümə sürəti, qlobal güc və turizmin inkişafı da mühüm meyarlar hesab edilir. Müvafiq olaraq, 2023-cü ilin dekabr ayından etibarən İspaniya pasportuna sahib olan şəxslər 160 ölkə və bölgəyə vizasız səyahət etmək hüququna malikdir. Sinqapur pasportu sahibləri 164 ölkəni ziyarət edə bilsələr də, İspaniya bu siyahıda daha çox seçilir, çünki Avropa İttifaqı daxilində yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilir.

Siyahıda ilk onluğa İspaniya və Sinqapurdan başqa Almaniya, İtaliya, Fransa, Niderland, Finlandiya, İsveç, Norveç və Danimarka daxildir.

Azərbaycan siyahıda 122-ci yerdədir. Azərbaycan pasportunu daşıyan şəxslər 33 ölkəyə vizasız getmək imkanına sahibdir.

Qonşularımızdan Gürcüstan pasportu daha güclü hesab edilir. Gürcüstan sıralamada 75-cidir. Sıralamada Rusiya 93-cü, Türkiyə 94-cü, Qazaxıstan 111-ci, Ermənistan 121-ci, Türkmənistan 166-cı, İran 182-cidir.

Ən zəif pasporta sahib olan ölkə isə Somalidir. Somalidən öndə Əfqanıstan, Suriya, Pakistan, İraq və Şimali Koreya gəlir.  (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər