• 26 Noyabr 2024 05:26

Ermənilər başını götürüb, Bakıya qaçacaq – Manvelyan

Ermənilər başını götürüb, Bakıya qaçacaq – Manvelyan

Ermənistan Baş naziri Nikol Paşinyan 4 avqust tarixində Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyana azərbaycanlıların Ermənistan sərhədindən Naxçıvana hərəkətinin təmin olunmasını tapşırıb. Bəs bu nə deməkdir? Artıq bəlli olur ki, Bakı ilə İrəvan arasında hansısa məxfi razılıqlar var və Ermənistan tərəfi Azərbaycanın bütün tələblərini qəbul edib.

Tacxeber.az xəbər verir ki, bu fikirləri Ermənistanın beynəlxalq təhlükəsizlik və enerji geosiyasəti üzrə mütəxəssisi Armen Manvelyan bildirib.

“Bu, demək olar ki, sərhədlərin açılması kimi bir şeydir. Bəs bu, Ermənistan üçün təhlükəlidirmi? Əlbəttə! Çünki bu fakt Ermənistanda aclıq, səfalət içində yaşayanlar, hakimiyyət tərəfindən incidilənlər üçün bir şans olacaq. Əvvələr Rusiyaya baş götürüb qaçanlar indi Azərbaycana tərəf keçəcək. Cavan, bacarıqlı kadrlarımız Azərbaycan vətəndaşlığını qəbul edəcək” – Manvelyan bildirib.

Tacxeber.az

Oxşar xəbərlər