Sözsüz ki, təbii qidalanma vasitəsilə körpə immun sisteminə aid olan maddələri qəbul edir. Digər yaş dövrlərində immun sistemini stimullaşdırmaq üçün üstünlüyü yaşıl tərəvəzlərə, sarı meyvələrə və turş süd qarışıqlarına (probiotik) vermək tövsiyə olunur. Üç yaşdan yuxarı olan uşaqlara Aralıq dənizi pəhrizindən turşu kələm məsləhət görülür. Uşaqların gündəlik həyatında yetərli qədər fiziki aktivlik önəmlidir.
“Medicina” xəbər verir ki, Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva bu barədə danışıb.
“Artıq tibdə vitamin D3-ün immun sisteminə müsbət təsiri təsdiq olunub. Sözsüz ki, vitamin D-nin mənimsənilməsi üçün dəri ultrabənövşəyi şüa almalıdır. Azərbaycan şəraitində ultrabənövşəyi indeks daimi iki olduğuna görə, vitamin D ilə təmin olunmaq üçün gün ərzində 2 saata qədər havada olmaq zəruridir.
Digər böyük faktor davamlı yuxudur. Uşaqların yaş dövründən asılı olaraq yuxu müddəti fərqlənir. Yenidoğulanlarda 18-20 saat, 3 yaşında olan uşaqlarda 11 saata kimi azalır. Yuxu gigiyenasında eyni saatda yatıb və eyni saatda durmaq məsləhətdir”.