• 25 Noyabr 2024 11:25

Kimsə basıb-bağlayıb ki, Şuşanı bağlayacaqlar, qiymətlər çox normaldır – Fərid Pərdəşünas

 

Kimsə güclü bir şəkildə basıb-bağlayıb ki, bayram günü Şuşanı bağlayacaqlar, giriş ancaq ödənişlidir. Artıq rəsmi açıqlama da var ki, bu, yalan məlumatdır. Qiymətlərin də baha olması çox normaldır”. 

Tacxeber.com xəbər verir ki, bu sözləri texnobloger Fərid Pərdəşünas deyib. O bildirib ki, Şuşa hələ ki çox sayda ziyarətçini hotel və evlərdə qəbul etməyə hazır deyil:

“Tələb-təklif məsələsidir. Ümumiyyətlə, axı Şuşada niyə Yeni il qeyd edəsən? Dövlət tədbiri, mesaj, simvolik proqram üçün hə, yoxsa sıravi vətəndaş hələ tam infrastrukturu oturuşmayan şəhərdə Yeni ili niyə qeyd eləsin? Sadəcə, qiymət bahadır deyə, mənasız tələb yaranmağa başlayıb. İnsanlara ləzzət eləmir”.

Texnoblogerin sözlərinə görə, əsl problem digər qeyd olunmalı bölgələrdədir:

“Rayonlarda qiymətlər od tutub yanır. Yeni il proqramlarına yaxın durmaq olmur. Hotel qiymətləri Las Veqası keçib. Daha betəri isə bu qiymətə yer tapa bilməməkdir. Bütün yerlər tutulub”.

Tacxeber.com

Oxşar xəbərlər