• 22 Sentyabr 2024 15:35

Türkmənlər digər miqrantlar kimi niyə Rusiyaya getmir? – MARAQLI

Orta Asiyanın qədim yaşayış məskənlərindən biri olan Türkmənistan regionun ən qədim yaşayış məskənlərindən biridir. Xəzər dənizinin şərqində yerləşən Türkmənistan uzun müddət Rusiyanın tərkibində olub. Rusiya Türkmənistan ərazilərini XIX əsrin 2-ci yarısında işğal edib. 1850-ci illərdən başlayan işğal nəticəsində əvvəlcə Xivə xanlığı Rusiyanın nəzarətinə keçib. Daha sonra insan yaşamayan çölləri də zəbt edən Rusiya Orta Asiyaya nəzarət etmək üçün İngiltərə ilə fəal rəqabət aparırdı.

Tarixdə bu qarşıdurma “Böyük Oyun” adlanır. London rusları Hindistana buraxmamaq üçün planlar qururdu. Ruslar isə öz növbəsində ingilislərin Xəzərə girməsinin qarşısını almağa çalışırdı. 1873-cü ildə Xivə xanlığı Rusiya protektoratını qəbul etdi. Onun ardınca Xəzər ovalığının dağınıq türkmən tayfaları rusların hakimiyyətini qəbul etdi. Müasir Türkmənistan ərazisi nəhayət 1881-ci ildə işğal edildi. Bütün bölgə Transxəzər regionunun bir hissəsi oldu.

1921-ci ildə bölgənin adı dəyişdirilərək Türkmən, 1924-cü ildə isə milli sərhədləşdirmə çərçivəsində İttifaq Respublikasına çevrildi. Beləliklə, 1991-ci ilə qədər türkmənlər sovet cəmiyyətinə inteqrasiya yolunda uzun bir yol keçmişdilər.

Türkmənistandan əmək miqrantları əsasən Türkiyəni seçir. Aşqabad Ankara ilə vizasız rejimə malikdir. Türkmənləri türklərlə ortaq dil birləşdirir. Bundan əlavə, Türkmənistan hakimiyyəti bilərəkdən Rusiyaya miqrasiyanı məhdudlaşdırıb. Respublikada sərt avtoritar rejim mövcuddur. Son onilliklərdə narazılıq səxavətli sosial dəstək hesabına kompensasiya edilib.

Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada 5-ci yerdədir. Lakin 2016-cı ildən onun ixracından əldə olunan gəlirlər azalır. Əhali öz təsərrüfatları hesabına dolanır. 2018-ci ildə insanlar hətta aclıqla üzləşmişdilər. Əslində insanlar kütləvi şəkildə Türkmənistandan qaçırlar. Onlar yoxsulluqdan, inkişaf edib təhsil ala bilməməkdən, perspektivsizlikdən uzaqlaşmaq istəyirlər.

Son 10 ildə 1,9 milyon insan ölkəni tərk edib. 7 milyon əhalisi olan dövlət üçün bu, dəhşətli rəqəmdir. Hakimiyyət bununla mübarizə aparmağa cəhd edir. Məsələn, yaşı 40-dan aşağı olanların, eləcə də azyaşlı uşaq sahiblərinin xaricə getməsinə qadağa tətbiq edilib. Onlara lazımi sənədlər və arayışlar verilmir.

Tacxeber.com

Oxşar xəbərlər