• 23 Noyabr 2024 04:09

İrandan ŞOK TƏLƏB: ABŞ-la yeni razılaşma əldə olunarsa…

 

İran nüvə proqramını mərhələli şəkildə dayandırmağa hazırdır.

Bu barədə “Al Jazzera” məlumat yayıb.

Bildirilib ki, ABŞ nüvə sazişindən çıxacağı təqdirdə cərimələnə bilər.

“İran nüvə proqramının mərhələli şəkildə dayandırılmasına sadiqdir”, – Əl-Cəzzera qeyd edir.

Materialda vurğulanır ki, ABŞ-la saziş imzalandığı gündən prosesə start veriləcək.

Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə bağlanıb. Genişmiqyaslı sənədi Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və İran imzalayıb. JCPOA nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu.

2018-ci ilin mayında Donald Trampın qərarı ilə ABŞ JCPOA-dan çıxıb və İrana qarşı sanksiyaları bərpa edib. Tehranda isə buna cavab olaraq öhdəliklərinin azaldılmasını elan ediblər.

İyulun 31-də İran tərəfi JCPOA üzrə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.

Oxşar xəbərlər