• 23 Noyabr 2024 02:22

Rus diplomat Rumıniyadan QOVULDU

Rumıniya Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşını persona non-qrata elan edərək ölkədən qovub.

Tacxeber.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərar qəbul edilməsinə səbəb kimi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əməl edilməməsi göstərilir.

Bundan əvvəl Rumıniya 10 rus diplomatını ölkədən çıxarıb.

Rusiyalı diplomatın konvensiyanın hansı maddəsini pozduğu və digər detallar açıqlanmır.

Tacxeber.az

Oxşar xəbərlər