• 25 Noyabr 2024 04:46

“Avropa İttifaqının növbəti sammitində ildırım və şimşək gözləyin” – Orban

“Ukraynanın Avropa İttifaqına qəbul edilməsi 150-190 milyard avroya başa gələcək və bu yardım Kiyevə çatacaq…”

 

Nədən Orban Ukraynanın Avropa İttifaqlna daxil olmasına bu qədər müqavimət göstərir?

Macarıstan baş naziri Viktor Orban bəyan edib ki, Ukraynanın Avropa İttifaqına birləşməsilə Mərkəzi Avropanın o cümlədən Macarıstana ünvanlanan yardımı Kiyevə çatacaq.

Bu barədə Orban TV2 telekanalının efirində bəyan edib. Məlumatı “pnp.ru” nəşri yayıb.

Orbanın sözlərinə görə, Avropa tarixində heç vaxt müharibə vəziyyətində olan ölkə Avropa İttifaqına daxil edilməyib.

Bu zaman baş nazir bəyan edib ki, Ukraynanın Avropa İttifaqına hazırda Rusiyanın işğalı altında olan əraziləri ilə birlikdə qoşulacağı hələlik aydın deyil.

Qeyd etmək lazımdır ki, belə variant hazırda nə Avropa İttifaqı, nə də Kiyev tərəfindən nəzərdən keçirilmir.

“Əgər Avropa İttifaqı həqiqətən Ukraynanı öz tərkibinə daxil etmək istəyirsə, o zaman 150-190 milyard avro məbləğində vəsait toplamaq lazım gələcək”, – o, deyib.

Onun sözlərinə görə, belə olan halda Avropa iqtisadiyyatına “ölümcül zərbə vurulacaq”.

Orban xəbərdarlıq edib ki, Avropa İttifaqının yanvarın sonu-fevralın əvvəlində Ukraynaya yardımın müzakirəsinə həsr ediləcək növbədənkənar sammitində “ildırım və şimşək” gözlənilir.

“Heç şübhəsiz, biz Ukraynanın Avropa İttifaqına qəbul etsəydik, Macarıstan da daxil olmaqla Mərkəzi Avropanın bütün yardımı onlara veriləcək”, – macar baş naziri şikayətlənib, lakin belə məlumatların haradan qaynaqlandığına aydınlıq gətirməyib.

 

Xatırladaq ki, dekabrın 14-də Avropa İttifaqının sammitində liderlər Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması barədə danışıqlara başlamaq qərarını dəstəkləyib.

Bu məsələ uzun zaman Macarıstan tərəfindən əngəllənib, son səsvermə zamanı Orban iclas zalından çıxandan sonra onun vetosu baş tutmayıb, beləlilklə, o, bitərəf qalıb.

Orban isə bəyan edib ki, o, veto hüququndan ona görə imtina edib ki, onun “bu prosesi bloklamaq üçün hələ çox imkanları olacaq”.

Həmçinin bundan öncəki sammitdə Macarıstan Avropa İttifaqının 2024-2027-ci il büdcəsinə Kiyevə dörd il ərzində 50 milyard avro ayrılmasını nəzərdə tutan düzəlişlərin edilməsini səngəlləyib.

Bu günlərdə Ukrayna prezidenti Zelenski mətbuat konfransında Orbana iki sual ünvanlayıb:

Macarıstan hansı səbəbə görə Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləmir və nədən Macarıstan və Ukrayna liderlərinin görüşünü təşkil etmək mümkün deyil? Orban bu sualların heç birinə cavab verməyib, Zelenski məlumat verib. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər