• 22 Sentyabr 2024 17:29

Bakıda bu fərdi yaşayış evləri söküləcək – icra başçısı qərar verdi

Surxanı rayonu Zığ qəsəbəsindəki bəzi fərdi yaşayış evləri söküləcək.

Bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq qərar imzalayıb.

Qərara səbəb isə sözügedən evlərin sürüşmə sahəsində yerləşməsidir.

Buna görə də orada yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.

Artıq söküntü işləri ilə bağlı hazırlıqlara başlanılıb. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər