• 22 Sentyabr 2024 19:32

Ukrayna: Rusiya 351 min 350 əsgərini itirib

 

 

Rusiyanın müharibədəki itkiləri açıqlanıb.

Dekabrın 22-də açıqlama verən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Rusiyanın genişmiqyaslı hücumlarının başladığı 24 fevral 2022-ci ildən bu yana Ukraynada 351 min 350 rus əsgərinin öldürüldüyünü bildirib.

Qeyd olunub ki, bu rəqəmə Rusiya qüvvələrinin son sutka ərzində verdiyi 1080 əsgər itkisi də daxildir.

Moskvanın itirdiyi hərbi maşınların sayı:

5 min 837 tank, 10 min 843 zirehli döyüş maşını, 10 min 944 avtomobil və yanacaq çəni.

8 min 250 artilleriya sistemi, 932 çoxlüləli raket sistemi, 611 hava hücumundan müdafiə sistemi.

324 təyyarə, 324 helikopter, 6 min 365 pilotsuz uçuş aparatı, 22 gəmi və kater, 1 sualtı qayıq.

Tacxeber.com

Oxşar xəbərlər