• 24 Noyabr 2024 07:48

“Putin qalib gələrsə, Ukraynanın taleyi necə olacaq?” – “Financial Times”

Rusiyanın qələbəsindən sonra Ukraynanı repressiyalar cəhənnəmi gözləyəcək…”

“Qərb Ukraynaya ötən ilin müvafiq dövrünə nisbətən silah tədarükünü 90 faiz azaldıb…”

“ABŞ olmadan da Avropa Rusiyaya qarşı müharibədə tab gətirmək üçün Ukraynaya kömək etməyə tamamilə qadirdir…”

Qərbdə Putinlə barışıq siyasətinə dönüş fikri getdikcə populyarlıq qazanmaqdadır və bəziləri sülhə olan xəyali ümidlər naminə Ukraynanı Rusiyaya verməyin mümkünlüyünü müzakirə edir.

Bu barədə “Financial Times” nəşri yazıb.

Məqalədə deyilir ki, Qərbin Ukraynaya ayırdığı yardım artıq ötən ilin müvafiq dövrünə nisbətən 90 faiz azalıb.

 

Qərb seçiciləri ultrasağçı putinyönlü siyasətçiləri tərəfindən təhrik edilərək Ukraynada müharibədən “yorulur”.

Nəşr qeyd edir ki, Rusiyanın qələbə ssenarisi getdikcə daha ehtimal olunandır. Əgər bu, həqiqətən baş verərsə, Rusiya qələbəsinin beş əsas nəticələri olacaq.

1. Rusiya Ukraynanın bütün zəbt olunmuş ərazilərində qəddar repressiyalar törədəcək. Bu, spekulyasiya deyil, çünki biz son 19 ayda işğal edilmiş ərazilərdə məhz bunları-kütləvi edamlar, kastrasiyalar, zorlamalar, işgəncələr və uşaqların oğurlanmasını artıq görmüşük.

Nəşr rusiyalıların hərbi müdaxilədən öncə Ukraynanın “aradan götürülməli” olan ictimai xadilmlərinin tərtib edilmiş siyahılarını xatırladır. Nəticədə milyonlarla ukraynalı bu dəfə həmişəlik olaraq Qərbə qaçacaq.

2. Ukrayna dövlətindən qalan azad bir hissə ölkənin qərb regionları ərazisində saxlanıla bilər, hətta Avropa İttifaqına daxil də ola bilər.

Lakin bu dövlət Rusiya tərəfindən daima yeni hücum gözləntilərilə yaşayacaq. Axı Rusiya ilə imzalanan “müqavilələrin” heç bir dəyəri yoxdur.

3. Putin dünyada buğda ixracının təxminən dörddə bir hissəsinə nəzarət edəcək. Qida əvvəllər qazın olduğu kimi, Rusiyanın silahına çevriləcək.

4. Putinin uğuru qonşularına hərbi müdaxilədə maraqlı olan Çin, Venesuela və elə həmin Rusiyanı şirnikləndirəcək. Putin artıq hərbi iqtisadiyyatını qaydaya salıb.

Onun ordusu müharibənin aparılmasının öz metodlarını yeniləyib. Onun əhalisi hətta böyük müharibəyə də dözəcəyini göstərib. Nədən qonşu dövlətləri hissə-hissə qoparmaqda davam etməsin ki?

 

5. NATO nüfuzdan düşəcək və bu, onun üçün ən böyük sınaq olacaq. Putin NATO və Avropa İttifaqının bundan sonra təzyiqlərə tab gətirməyəcəyini göstərməyə çalışacaq.

Baltikyanı ölkələr uğrunda müharibə başlayarsa, Qərb əsgərlərindən bir neçə yüz nəfər həlak olandan sonra ultrasağçı partiyalar Putinlə “sülh” tələb edəcək.

Onlar bəyan edəcək ki, NATO Müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq müttəfiqi uğrunda mübarizə üzrə öz öhdəliklərini icra edib, lakin nüvə müharibəsini istəmir.

“Amerikalılar və Qərbi Avropalılar immuniteti hiss edir və Putinin onların arxasınca gəlməyəcəyini düşünür. Təəccüblü deyil ki, Şərqi Avropanın bəzi məmurları oturub Rusiyanın onlara hücum edəcəyini gözləməkdənsə, ilk olaraq Rusiyaya hücum etmək barəsində mülahizələr yürütməyə başlayıb.

Ən ehtimal edilən ssenari ondan ibarərdir ki, bir çox Avropa ölkələri müdafiəyə vəsaitlər xərcləyir, təcili hərbi xidməti bərpa edir və nüvə silahına investisiyalar yatırır, eyni zamanda Putinə onları qorxutmağa imkan verir”, – nəşr yazıb.

Nəşr qeyd edir ki, hətta ABŞ olmadan da Avropa Rusiyaya qarşı müharibədə tab gətirmək üçün Ukraynaya kömək etməyə tamamilə qadirdir.

Qərb analitiklərinin hesablamalarına görə, Ukraynaya dəstək Avropaya ildə təxminən 40 milyard avroya və ya yalnız NATO ölkələrini nəzərdə tutsaq ildə hər Avropa vətəndaşı üçün 70 avroya başa gələcək. “İstəsələr, bu məbləğı tapa bilərlər”, – nəşr yazıb.

Rusiyanın Ukraynaya qarşı müharibəsi – perspektivlər

Xəbər verildiyi kimi, Ukrayna müdafiə naziri Rüstəm Ömərov bəyan edib ki, Ukraynanın gələn ildə strateji məqsədi müvəqqəti işğal edilmiş Krımın azad edilməsidir. Nazir əmindir ki, bu məqsədə 2024-cü ildə nail olmaq mümkündür.

Bu arada isə Qərb mətbuatı Ukraynanın müharibədə məğlub olacağı təqdirdə dəhşətli nəticələr barədə xəbərdarlıq edir.

Məsələn, “Foreign Policy” nəşri yazır ki, ukraynalılar 20-ci əsrin totalitar idarəçiliyi epoxasından bəri görünməyən miqyasda terrorla üzləşəcək. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər