Separatçıların qondarma rejiminin buraxılması haqqında fərmandan sonra Samvel Şahramanyan başqa bir fərman imzalayıb və Sarkis Qalstyanı öz “administrasiyası” rəhbərinin müavini təyin edib.
Tacxeber.com xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan bildirib.
Qriqoryan deyib ki, Qarabağda 20-30 nəfər, o cümlədən Sarkis Qalstyan da qalıb.
Lakin Xankəndidə yaşayan və əvvəllər müxtəlif vəzifələrdə çalışan Qalstyanın hansı funksiyanı yerinə yetirməli olduğu aydın deyil.