• 23 Noyabr 2024 18:14

“Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı “qoçularına” iki vətəndaşı döydürdü xəsarət alanlar var – VİDEO\FOTOLAR

“Tacxeber” “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki,  vətəndaşlar Qəribəliyev Vəli və Ağayev Abdulla  25 noyabr 2023 cü il tarixində, “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallıdan dəyəri 18,000 manatlıq olan iaşə obyektinin avadanlıqlarını təhvil təslimlə geri götürmək üçün görüşüblər.

Lakin Rüstəm Zeynallı bizə məxsus olan avadanlıqlarımızın yarı hissəsini versədə bəzilərini qaytarmaq istəmədi, bu an mən Qəribəliyev Vəli Rüstəm Zeynallıdan əşyalarımı tələb etsəm də, Rüstəm Zeynallı əşyaları verməkdən imtina etdi, və aramızda mübahisə yarandı.

Rüstəm Zeynallı kimlərəsə zəng edərək idmançı cüssəli şəxsləri, studiyasına çağırdı. Bir müddətdən sonra idmançı cüssəli gələn şəxslər üzərimizə şığıyaraq mən və Abdullanı amansızcasına studiyanın çöl hissəsində “beşbarmaq”tipli kustar üsulla hazırlanmış soyuq silahla bizə xəsarətlər yetirməyə başladılar, və bizi o yerdən uzaqlaşdırdılar.

Bir daha bldirmək istəyirik ki, bunların bir başa sifarişçisi “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı və Rüstəmin sifarişini icra edən “qoçuları” idi.

Bizi dərhal ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirdilər, biz ilkin müayinə olunduqdan sonra məlum oldu ki, Abdullada kəllə beyin travması üstəlikdə çənəsı qırılıb. Məndə isə müxtəlif dərəcəli bədən xəsarətləri aşkarlandı.

Bizə qarşı baş verən cinayət hadisəsi ilkin araşdırması Yasamal RPİ-nin 27-ci polis bölməsində aparılsada lakin günahkarlardan heç kəs məsuliyyətə cəlb olunmayıblar.

Zərərçəkmiş şəxslər media vasitəsi ilə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, və Baş Prokuror Kamran Əliyevdən kömək istəyir.

Cənab nazir Vilayət Eyvazov bildirmək istəyirik ki, Rüstəm adlı şəxs cəmiyyətdə tanınmış şəxs olduğundan, müəyyən əlaqələrinin olmasından istifadə edərək, cinayət işinin araşdırılmasına və açılmasına, qaralnıq himayədarları tərəfindən müdaxilə etdirir.

Bildirdiyimiz iddia barəsində bizim videogörüntülərimiz, ekspertiza rəyimiz polisə təqdim edilib.

Xahiş edirik sadə Azərbaycan vətəndaşlarının əzilməsinə imkan verməyəsiz.Bizə dəymiş mənəvi və maddi ziyan hələdə qarşılanmayıb ,hətta xəstəxana məsrəflərini özümüz qarşılamışıq.

Tacxeber.com

Oxşar xəbərlər