• 24 Noyabr 2024 01:49

Təyyarədə uçuş zamanı sərnişinlərin üzləşdiyi GİZLİ TƏHLÜKƏ

 

Hava səyahətləri uzun məsafələrə səyahət etməyin ən geniş yayılmış və rahat yollarından biridir. Bununla belə, uçuş zamanı müxtəlif təhlükələr də mövcuddur. Bu təhlükələrin biri barədə sərnişinlərin böyük əksəriyyətinin məlumatı yoxdur.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Avstraliyadan olan Kayla adlı sosial şəbəkə istifadəçisi stüardessa olduğunu bildirərək, uçuş zamanı insanların məruz qala biləcəyi təhlükələr barədə danışıb.

O qeyd edib ki, uçuşdan əvvəl və uçuş zamanı xüsusi kosmetik vasitələrdən istifadə etmək vacibdir.

Uçuş zamanı ultrabənövşəyi (UV) radiasiya çox yüksək səviyyədə olur, ona görə də uçuşdan əvvəl və uçuş zamanı stüardessalar həmişə günəş kremlərindən istifadə edirlər.

Stüardessa təyyarə ilə səyahət edənlərə əl çantalarında günəş kremi saxlamağı və uçuş zamanı mütləq  istifadə etməyi məsləhət görüb. O, günəş şüalarının təyyarənin pəncərəsi önündə oturanlara daha çox nüfuz etdiyini bildirərək, orta sıralarda oturmağın orqanizm üçün daha faydalı olduğunu yazıb.

Tacxeber.com

Oxşar xəbərlər