• 25 Noyabr 2024 20:29

Hindistan sahillərində gəmi PUA ilə vuruldu

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) pilotsuz uçuş aparatının (PUA) Hindistan sahillərində üzən gəmiyə zərbə endirdiyini bildirib.

 

Bu barədə TASS məlumat yayıb.

“Zərbə nəticəsində partlayış və yanğın olub. Hadisə Hindistanın Veraval şəhərindən 200 dəniz mili məsafədə baş verib. Yanğın söndürülüb, itki yoxdur. Araşdırmalar aparılır”, – məlumatda bildirilib.

Gəminin hansı ölkəyə aid olduğu barədə məlumat verilməyib.

Tacxeber.com

Oxşar xəbərlər