Argentina Prezidenti məmurları kütləvi şəkildə işdən azad etməyə başlayıb Dünya 24 Dekabr 2023 00:55 144 Argentinanın yeni Prezidenti Xavyer Miley dövlət qulluqçularının kütləvi şəkildə vəzifədən azad edilməsi prosesinə başlayıb. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Qeyd edilib ki, dövlət başçısı 2023-cü il yanvarın 1-dən işə qəbul edilən 23 min hökumət qulluqçusunu vəzifəsindən azad edib. Dekabrın 21-də X.Miley Argentina iqtisadiyyatını liberallaşdırmaq üçün 300 islahat təqdim edən fərman imzalayıb. Tacxeber.com