• 28 Noyabr 2024 21:38

“Dqr” ləğv edilməyib? – Erməni deputat rüsvay etdi

 

“Dqr” ləğv edilməyib? - Erməni deputat rüsvay etdi

“Samvel Şahramanyanın müşaviri deyib ki, Dağlıq Qarabağın dövlət institutları sonrakı illərdə də fəaliyyətini davam etdirəcək”.

Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Mənim addımım” fraksiyasının deputatı Arusyak Culxakyan deyib.

“Bu bəyanatın bütün hüquqi cəfəngiyyatlarını bir kənara qoyaq. Birincisi, “Dağlıq Qarabağ”ın (məhv olmuş saxta rejim – red.) qurumları o vaxt fəaliyyətini davam etdirə bilər ki, “Dağlıq Qarabağ”ın Ermənistan banklarına olan 315 milyard dram məbləğində borcunu ödəsin. Hansı ki, hazırda bu borcu Ermənistan hökuməti öz üzərinə götürüb. İkincisi, Ermənistan Respublikasının ərazisində bir hökumət mövcuddur. O da azad, ədalətli və şəffaf seçkilər yolu ilə seçilən qanuni Ermənistan Respublikası hakimiyyətidir. Və nəhayət, siz öz ağılsızlığınızla “Dağlıq Qarabağ”ı süquta sürüklədiniz. Ermənistan Respublikası ilə də eyni şeyi edə biləcəyinizi gözləməyin. Bu dövlətin bir sahibi var ki, onunla kimsənin oyun oynamasına imkan verməyəcək. Stullarınızda sakitcə oturun”, – Arusyak Culxakyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər