• 22 Sentyabr 2024 16:34

Azərbaycanda adambaşına valyuta dəyişməyə gündəlik limit qoyuldu – MƏBLƏĞ

Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satılması, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 min manat və ona ekvivalent məbləğdən artıq olmamalıdır.

 

Valyuta mübadiləsi məntəqəsi hava limanlarının aerovağzal kompleksində (I qrup zona), iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar (II qrup zona) və köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələrində (III qrup zona) təşkil oluna bilər.

Valyuta mübadiləsi məntəqəsi tərəfindən 20 min manatdan və ya ekvivalentindən 200 min manata və ya ekvivalentinə qədər pul vəsaitinin daşınması silahlı mühafizə xidmətinin müşayiəti ilə, bundan daha çox pul vəsaitinin təhlükəsiz daşınması silahlı mühafizə ilə təmin edilməklə inkassasiya xidməti göstərən şəxslər tərəfindən həyata keçiriləcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Digər qərarla ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 dekabr 2017-ci il tarixli “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi barədə” və 8 oktyabr 2018-ci il tarixli “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiqi ilə bağlı qərarlar ləğv edilib. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər